Bu ilin yanvar ayında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin dəyəri 4 milyon 203 min ABŞ dolları təşkil edib.


Moderator.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,3 % azdır.






Hesabat dövründə İsraillə ticarət ümumi dövriyyənin 0,1 %-i qədər olub.


İl ərzində Azərbaycanın İsrailə ixracının dəyəri 79 % azalaraq 1 milyon 717 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 46 % artaraq 2 milyon 486 min ABŞ dolları olub.


Ay ərzində İsrailə ixrac ümumi ixracın 0,1 %-ni, İsraildən idxal isə ümumi idxalın 0,2 %-ni təşkil edib.