Bu ilin yanvar ayında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 2025-ci ilin eyni dövrünün göstəricisi (82,1 milyon ABŞ dolları) ilə müqayisədə 17,9 milyon ABŞ dolları və yaxud 22 % azalaraq 64,2 milyon ABŞ dolları təşkil edib.


Moderator.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 30 % payla Azərbaycan "AzerGold" QSC liderlik edib.






Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:














































































Şirkət



2026-cı ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə)



2025-ci ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə)



Faiz fərqi



"AzerGold" QSC



19,3



15,5



125%



"SOCAR Polymer" MMC



14,9



15,1



98,7%



SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi



14,4



38,7



37%



"Azəralüminium" MMC



12,7



8,6



148%



"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC



2,7



4,2



64%



"Naxçıvan Enerji" MMC



0,082



0



-



"Sənayecihaz" EİM



0,054



0



-



"SOCAR-Cape" MMC



0,033



0



-



"Qaradağ Şüşə Zavodu" ASC



0,018



0,010



180%



"Azərxalça" ASC



0,004



0



-



CƏMİ



64,2



82,11



78%



Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dollarına çatıb.