Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi Mübariz Abdullayev vəfat edib.
 




Moderator.az-ın məlumatına görə, o, ötən gün dünyasını dəyişib.
 
Mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
 
Qeyd edək ki, M.Abdullayev 2024-cü ildə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə rəis təyin edilmişdi.