Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında XVI tura start verilib.


Moderator.az-ın məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma baş tutub.






"Ordu" "Neftçi"yə 2:3 (25:19, 21:25, 18:25, 25:22, 10:15) hesabı ilə məğlub olub.


"Xilasedici" komandası isə "Gənclər"i üstələyib - 3:0 (25:11, 25:15, 25:11).


Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.


Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.