Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.


Moderator.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.






Oyunu baş hakim Cavid Cəlilov idarə edəcək. Tərəflər arasında keçirilən ilk matçda Kurban Berdıyevin komandası 1:0 hesablı qələbə qazanıb.


Mərhələyə “Qəbələ” – “Sabah” oyunu ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Tərəflər arasında ilk oyun qolsuz bərabərliklə nəticələnib.


Bizon Azərbaycan Kuboku

1/4 finalın cavab oyunları


5 mart


14:30. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Yevlax şəhər stadionu


18:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Məmmədov, Əli Əliyev

VAR: Kamal Umudlu

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu