İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.


Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.






Sözçü BMT Baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:


"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - o bildirib.


S. Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.