"Qalatasaray"ın prezidenti Dursun Özbek "Beşiktaş"la derbi oyunu üçün fantastik məbləğdə mükafat ayırıb.
 




Moderator.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
 
İddia olunur ki, "sarı-qırmızılar" qələbə qazansalar, klub rəhbəri 1 milyon avro mükafat verəcək.
 
Xatırladaq ki, "Beşiktaş" - "Qalatasaray" oyunu sabah keçiriləcək. Hazırda "Qalatasaray" 24 oyundan 58 xalla Türkiyə Superliqasının lideridir. "Beşiktaş" 46 xalla 4-cü pillədə mövqe tutub. "Qalatasaray"ın çempionluq uğrunda mübarizədə əsas rəqibi olan "Fənərbağça" liderdən 4 xal geri qalır.