Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.


Moderator.az xəbər verir ki, bu barədə Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman "X" platformasında paylaşım edib.






"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik", - deyə o bildirib.


Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:


"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".