Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Alisa Lyu 2026-cı il dünya çempionatında iştirak etməyəcək.


Bu, Beynəlxalq Konkisürmə İttifaqının saytındakı ərizə formasından aydın olur.






Məlumata görə, Lyunun yerinə turnirə Sara Everhardt qatılacaq.


Qeyd edək ki, dünya çempionatı 24-29 mart tarixlərində Praqada keçiriləcək. Lyu hazırkı dünya çempionudur.


Lyu ABŞ komandası ilə birlikdə komanda turnirində olimpiya çempionu olub, eləcə də fərdi turnirdə qalib gəlib.


 


(oxu.az)