Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.






Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.


Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.


Belə ki avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub.


Yeniyetmə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.