İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.


Moderator.az "Report"a istinadən xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların üçü Azəraycan vətəndaşıdır.






İki saat ərzində Çinin 65, Belarusun üç, Pakistanın üç, Rusiyanın iki, Almaniyanın isə bir vətəndaşı təxliyə edilib.


Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan yeddisi Meksikanın diplomatları olub.


Onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.