Moderator.az xəbər verir ki, yarışın 10-cu illiyində Azərbaycan paytaxtına gələn xarici qonaqların sayı 16 mini ötüb.
Bakı Şəhər Halqasının Əməliyyat şirkətindən verilən məlumata görə, bu, "Formula-1"in Bakıda keçirildiyi dövr ərzində qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 14 min xarici qonaq gəlib.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərib. Belə ki, 2026-cı il Azərbaycan Qran-prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.