Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başa çatıb.
Moderator.az xəbər verir ki, “MP Motorsport” komandasının pilotu Oliver Dunne finişə birinci çatıb.
“Hitech Pulse-Eight” komandasının sürücüsü Martinius Stenşorne ikinci, “Prema Raking” komandasının 7 nömrəli pilotu Dino Beqanoviç isə üçüncü olub.
Qeyd edək ki, bu gün saat 16:00-da Formula 1 üzrə sıralama turu keçiriləcək.
14:22
"Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışa start verilib.
Moderator.az xəbər verir ki, 14:15-də start götürən yarış 15:20-ə qədər davam edəcək.
"Formula-2" üzrə ikinci əsas yarış isə sabah saat 11:00-da start götürəcək.
Qeyd edək ki, əsas yarış 29 dövrə və ya 60 dəqiqə, + 1 dövrə davam edəcək.
İdman
"Formula-2": Azərbaycan Qran-prisində birinci əsas yarış başa çatdı - YENİLƏNİB
Mənbə:
moderator.az