Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.


Moderator.az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutacaq.






A Liqasının III qrupunda Çexiya Xorvatiya ilə, İngiltərə isə İspaniya ilə qarşılaşacaq. B Liqasının I qrupunda Sloveniya Şotlandiyanı qəbul edəcək, Şimali Makedoniya isə İsveçrə ilə üz-üzə gələcək.


C Liqasının I qrupunda San-Marino Finlandiya ilə, Albaniya isə Belarusla qarşılaşacaq. C Liqasının III qrupunda Farer adaları Qazaxıstanı qəbul edəcək, Slovakiya isə Moldova ilə qüvvəsini sınayacaq.


C Liqasının IV qrupunda Bolqarıstan Lüksemburqla, İslandiya isə Estoniya ilə qarşılaşacaq.


UEFA Millətlər Liqası


26 sentyabr


A Liqası, III qrup


22:45. Çexiya - Xorvatiya;


22:45. İngiltərə - İspaniya.


B Liqası, I qrup


17:00. Sloveniya - Şotlandiya;


22:45. Şimali Makedoniya - İsveçrə.


C Liqası, I qrup


20:00. San-Marino - Finlandiya;


22:45. Albaniya - Belarus.


C Liqası, III qrup


20:00. Farer adaları - Qazaxıstan;


22:45. Slovakiya - Moldova.


C Liqası, IV qrup


20:00. Bolqarıstan - Lüksemburq;


20:00. İslandiya - Estoniya.