"Formula-2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarışa start verilib.
 




Moderator.az xəbər verir ki, 11:00-da start götürən yarış 12:05-ə qədər davam edəcək. Yarışda 11 komandadan 22 pilot mübarizə aparır.
 
"Formula-2" üzrə birinci əsas yarışda "Rodin Motorsport"dan Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, DAMS komandasından Dino Beqanoviç üçüncü yeri tutub.
 
Qeyd edək ki, əsas yarış 29 dövrə və ya 60 dəqiqə + 1 dövrə davam edəcək.
 

Xatırladaq ki, "Formula 1"-də əsas yarış bu gün saat 15:00-da start götürəcək.