Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış iki qarşılaşmanın keçiriləcəyi vaxt məlum olub.


Moderator.az xəbər verir ki, “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları dekabrın 17-də baş tutacaq.






Hər iki görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


“Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena”, 15:00


“Qarabağ” – “Kəpəz”

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30