21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
 




Moderator.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
 
Qarşılaşma Kilmarnok şəhərində, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
 
Xatırladaq ki, Azərbaycan millisi 8 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 11 xalla dördüncü pillədə qərarlaşıb.