Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 48 yaşlı Azərbaycan vətəndaşı Abbas Abbasovun cənazəsi ölkəyə gətirilib.
 




Moderator.az APA-ya istinadla bildirir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.
 
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.