Prezident: "Azərbaycan bütün növ enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdəndir"
02 Oct 2026, 12:35 27 baxış 1 dəq oxuma
"Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir".
Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.