Litva və Polşa fövqəladə hallarda əhalinin dövlət sərhədindən təxliyəsi üzrə birgə plan hazırlamağa başlayıblar.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski litvalı həmkarı Martinas Katelinas ilə birgə mətbuat konfransında bildirib.
"Biz ekstremal hallar üçün alternativ sərhəd keçid məntəqələrinin müəyyən edilməsi, təxliyə olunanların qəbulu mərkəzlərinin təşkili üçün nələrin edilməli olduğunu müzakirə etdik", - o deyib.
M.Kervinskinin sözlərinə görə, mövcud planları, o cümlədən sərhədi keçmə prosedurunun unifikasiyası və ərazi baxımından razılaşdırmaq və yeniləmək lazımdır.
M.Katelinas isə bildirib ki, fövqəladə vəziyyətdə Litva, Latviya və Estoniya sakinləri üçün Avropaya çıxış yolu eyni olacaq. "Bizim bir dəhlizimiz qalacaq - Polşadan keçməklə", - o hesab edir.