İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində yük maşınının aşması nəticəsində azı beş nəfər ölüb.


Moderator.az "Xinhua"ya istinadən xəbər verir ki, içərisində 15 sərnişin olan avtomobil yoxuşa qalxarkən aşıb.






Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.


Zərərçəkənlər ən yaxın xəstəxanaya təxliyə ediliblər.