Beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən təhdid, çağırışlara qarşı mübarizə aparmaq ortaq məsuliyyət olaraq qalır.


Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın Tehrandakı yeni səfiri Aksel Dittmanla görüşdə bildirib.






Onun sözlərinə görə, qanunun aliliyini təhlükə altına alan, beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən təhdid, çağırışlara qarşı mübarizə aparmaq ortaq məsuliyyət olaraq qalır.


"Bu gün mən Almaniyanın İrandakı yeni səfiri Aksel Dittmanı qəbul etdim və biz beynəlxalq münasibətlərdə hökm sürən tendensiyalar barədə maraqlı müzakirə apardıq", - Bəqai "X" sosial şəbəkə hesabında yazıb.