Türkiyənin Muğla vilayətində Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 34 qeyri-qanuni miqrant saxlanılıb.


Moderator.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.






Məlumata görə, Bodrum sahillərində müşahidə aparan Sahil Mühafizənin Mobil Sahil Müşahidə Vasitəsi (DENİZ-481) bir qrup şəxsi qeyri-qanuni miqrantın olduğunu müəyyən edib.


Saxlanılan şəxslər barəsində müvafiq prosedurlar həyata keçirildikdən sonra Miqrasiya İdarəsinə təhvil verilib.