Türkiyə Futbol Federasiyasının (TFF) baş katibi Abdullah Ayaz tutduğu vəzifəni tərk edib.


Moderator.az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytında məlumat verilib.






"Abdullah Ayaz vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsini quruma təqdim edib. İndiyədək göstərdiyi fədakar fəaliyyətinə görə minnətdarlığımızı bildirir və gələcək karyerasında ona uğurlar arzulayırıq", - deyə rəsmi açıqlamada bildirilib.