Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb.


Moderator.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib.






Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub.


"Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 nəfər sağalıb", - deyə məlumatda qeyd edilib.


Daha əvvəl Konqonun səhiyyə naziri Samuel Roje Kamba Ebola epidemiyasının hakimiyyət tərəfindən tam nəzarətə götürüldüyünü bəyan etmişdi.