Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkədə şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı Tehranın dezinformasiya yayması ilə əlaqədar İran səfirini XİN-ə çağırıb.


Moderator.az "France24"ə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat katibi Paskal Konfavrönün bəyanatında bildirilib.






"Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib", - bəyanatda vurğulanıb.


O, həmçinin qeyd edib ki, Fransa səfirinin oktyabrın 6-da İran XİN-ə çağırılması əsassız olub.


"Bu nalayiq təxribatlara son qoyulmalıdır", - Konfavrö deyib.