Litvanın müdafiə naziri Robertas Kaunasın sözlərinə görə, ordu yaxın həftələrdə Rusiyanın Kalininqrad vilayəti ilə sərhədi qorumağa başlayacaq.


Moderator.az xəbər verir ki, o, "Facebook"da yazıb: "Daxili işlər naziri Martynas Katelinasın Kalininqrad vilayəti ilə sərhəd təhlükəsizliyini gücləndirmək xahişinə cavab olaraq, mən yaxın həftələrdə hərbçilərimizi yerləşdirməyə icazə verdim".






Müdafiə nazirinə müraciətində Katelinas bölgədəki ümumi təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla kömək istəməyə məcbur olduğunu vurğulayıb.