Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunda İnvestorlarla əlaqələr və dəstək xidmətləri üzrə Menecer vəzifəsinə təyinat olub. 
 




Bu vəzifəyə Xavər Baharova təyin edilib.
 
O, 2020-ci ilin noyabr ayından yeni təyinatadək bu qurumda Marketinq və Biznes Kommunikasiyaları üzrə Menecer kimi fəaliyyət göstərib.
 
Qeyd edək ki, Xavər Baharova 2014 – 2020-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Layihə meneceri vəzifəsində çalışıb. /Yurd.Media/