İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfrans iştirakçıları Xocalıya səfər ediblər
09 Oct 2026, 12:05 20 baxış 2 dəq oxuma
"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Xocalı şəhərinə səfəri başlayıb.
Moderator.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfərin iştirakçıları ilk olaraq Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
Qeyd edək ki, səfərdə müxtəlif ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksəkvəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.
Konfrans iştirakçılarının daha sonra Şuşa şəhərinə səfərləri nəzərdə tutulub.