İngiltərənin "Tottenhem" komandası antirekordunu təkrarlayıb.
 




Moderator.az xəbər verir ki, bu, London təmsilçisinin Premyer Liqanın III turunda "Nottinqem Forest"lə qolsuz heç-heçə etməsi ilə mümkün olub.
 
Paytaxt klubu 53 ildən sonra çempionatda ilk üç oyunda qol vura bilməyib.
 
Xatırladaq ki, "Tottenhem" Premyer Liqadakı növbəti maçını "Everton"a qarşı keçirəcək.