Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb.
Moderator.az xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.
2001-ci il təvəllüdlü Cavid Hüseynov çoxmərtəbəli yaşayış binasından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.