Qadın güləşçilərdən ibarət millimiz Qubada təlim-məşq toplanışına start verib
07 Sep 2026, 16:05 37 baxış 2 dəq oxuma
Azərbaycanın qadın güləşçilərdən ibarət millisi Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
Moderator.az Azərbaycan Güləş Federasiyasına istinadən xəber verir ki, böyüklər və U-23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək.
Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanış yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında təşkil olunur.
Qeyd edək ki, iki yaş qrupunu əhatə edən TMT oktyabrın 12-18-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək U23 dünya çempionatı, eləcə də oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.