Sentyabrın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
 




Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.