Samux rayonunda qəza baş verdi.


Moderator.az xəbər verir ki, hadisə Samux rayonunun Sərkar kəndində baş verib.






Məlumata görə, "VAZ 2107" markalı avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Həsənov Hafiz idarəetməni itirib və maşın işıq dirəyinə çırpılıb.


Surətin təsirindən avtomobil iki hissəyə bölünüb.


Sürücü ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib. 


Faktla bağlı araşdırma başlanılıb.