Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.


Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.






Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.