Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub.


Bu barədə Moderator.az-a Baş Prokurorluqdan məlumat verilib.






Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva həlak olub.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.