Ucarda yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.






Qaraybəyli kənd sakini, 2006-cı il təvəllüdlü Xəyal Rövşən oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 2009-cu il təvəllüdlü Allahverən Adəm oğlu Cəfərovun idarə etdiyi moped toqquşub.


Nəticədə mopedin sürücüsü A.Cəfərov və sərnişini, 2009-cu il təvəllüdlü Soltan Elşən oğlu Məhəmmədov xəsarət alıblar.


Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.