Mənimsədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başladı
18 Sep 2026, 12:52 31 baxış 1 dəq oxuma
Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov , Emin Əliyev, Məsud İbrahimov, Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Moderator.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışa verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası oktyabrın 2-nə təyin edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.