Aparılan monitorinqlər göstərir ki, hazırda Azərbaycanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir.


Bu barədə Moderator.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.






Bildirilib ki, əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 84-dür.


"Standartlara cavab verən müasir heyvan kəsimi məntəqələrinin fəaliyyət göstərməsi yalnız kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə deyil, həm də heyvanların identifikasiyası və izlənməsi sisteminin effektiv tətbiqinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasına imkan verən mühüm mexanizmlərdən biridir. AQTA sahibkarları kəsim məntəqəsi olmayan rayon və şəhərlərdə müasir tələblərə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən heyvan kəsimi məntəqələrinin qurulmasına və fəaliyyətinin təşkilinə dəvət edir. Agentlik bu istiqamətdə sahibkarlara lazımi metodiki, təşkilati və texniki dəstəyi göstərməyə hazırdır", - məlumatda qeyd olunub.


























































Regional Bölmənin (RB) adı



Heyvan kəsim məntəqəsi


fəaliyyət göstərməyən rayonlar



Abşeron-Xızı RB



Xızı



Quba-Xaçmaz RB



Quba



Dağlıq Şirvan RB



Ağsu, Qobustan



Şirvan-Salyan RB



Salyan, Biləsuvar, Neftçala, Şirvan



Lənkəran-Astara RB



Lerik, Yardımlı



Şəki-Zaqatala RB



Balakən, Qax, Qəbələ, Oğuz



Gəncə-Daşkəsən RB



Naftalan, Daşkəsən



Qazax-Tovuz RB



Ağstafa



Mil-Muğan RB



Saatlı



Mərkəzi Aran RB



Ucar, Mingəçevir, Zərdab, Göyçay,



Qarabağ RB



Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdərə, Ağdam



Şərqi Zəngəzur RB



Qubadlı, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın