Füzulidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.


Moderator.az-ın xəbərinə görə, hadisə rayonun Mirzəcamallı kəndində qeydə alınıb.






Belə ki, "Mercedes" markalı minik avtomobilli idarəetmədən çıxaraq aşıb.


Qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində ölüb.


Avtomobildə olan digər şəxslər-İsgəndərov Məhəmməd Məmməd oğlu, Babayev Səxavət Niyaz oğlu, Hüseynova Ruhiyyə Sabir qızı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.