“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasında növbəti əlamətdar göstəriciyə çatıb.
Moderator.az xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu MLS-də “San Dieqo” ilə 2:2 hesabı ilə başa çatan görüşdə fərqlənib. Messi matçın 24-cü dəqiqəsində rəqib qapısına yol tapıb.
Bu, onun peşəkar karyerasında keçirdiyi 1176 oyunda vurduğu 930-cu qol olub. Onun karyerası ərzində 424 məhsuldar ötürməsi də var.
Müqayisə üçün, “Əl-Nəsr”in 41 yaşlı hücumçusu Kriştiano Ronaldo karyerasında 1337 matçda 979 qol vurub və 261 məhsuldar ötürmə edib.