Formula 1 üzrə Azərbaycan Qran-prisinin yarış cədvəli açıqlanıb.
 




Moderator.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.
 
Açıqlanan proqrama əsasən, yarış həftəsi sentyabrın 24-də start götürəcək. Həmin gün bolidlər birinci (12:30–13:30) və ikinci (16:00–17:00) sərbəst yürüşlər üçün trekə çıxacaqlar.
 
Sentyabrın 25-də saat 12:30–13:30 aralığında üçüncü sərbəst yürüş, saat 16:00–17:00-da isə əsas yarışın start düzülüşünü müəyyən edəcək sıralama turları baş tutacaq.
 
Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış isə sentyabrın 26-da saat 15:00–17:00 aralığında keçiriləcək.