"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.


Bu barədə Moderator.az Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.






Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.


Qeyd edək ki, qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.