Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.
 




Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir.
 
Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir.
 
Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyini göstərir.
 
Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.