Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.


Moderator.az "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.






Bu iş rejimi "Formula-1" trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.


Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.