Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
 




Moderator.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.
 
Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək.
 
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.
 
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.