Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
 




Moderator.az xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
 
Bundan əlavə, "Formula-2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.
 
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306.049 km məsafəni əhatə edir.
 
Azərbaycan Qran-prisində ilk günün proqramı:
 
10:00. "Formula-2": Sərbəst yürüş
 
12:30. "Formula-1": Birinci sərbəst yürüş
 
14:00. "Formula-2": Birinci sıralama turu
 
14:30. "Formula-2": İkinci sıralama turu
 
16:00. "Formula-1": İkinci sərbəst yürüş