"Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - YENİLƏNİB
24 Sep 2026, 10:50 30 baxış 1 dəq oxuma
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Moderator.az xəbər verir ki, ilk sərbəst yürüşdə “ART Grand Prix” komandasının pilotu Kuş Maini ən yaxşı nəticəni göstərib.
Növbəti sərbəst yürüş saat 12:00-da başlayacaq.
10:02
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Moderator.az xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.
45 dəqiqəlik sessiyada pilotlar Bakı Şəhər Halqasındakı ilk dövrələrini tamamlayacaq, bolidlərin sazlanmalarını yoxlayacaq və günün iki sıralanma turuna hazırlaşacaqlar.
Saat 14:00 və 14:30-da Formula 2 pilotları ardıcıl iki sıralanma turu üçün yenidən trekə çıxacaqlar. Sıralanma turlarının nəticələrinə əsasən sprint və əsas yarış üçün start mövqeləri müəyyənləşəcək.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.