"Formula-1" Azərbaycan Qran-prisi: Pilotların ilk sərbəst yürüşünə start verildi
24 Sep 2026, 12:33 31 baxış 1 dəq oxuma
Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşünə start verilib.
Moderator.az xəbər verir ki, ilk sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-da başa çatacaq.
Sınaq yürüşündə hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Qeyd edək ki, bu gün əsas pilotların ikinci sərbəst yürüşü də keçiriləcək.
Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.