Kiyevin Solomensk rayonunda PUA-nın ofis binasına düşməsi nəticəsində ölən və yaralananlar var.


Moderator.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.








Onun sözlərinə görə, zərbə nəticəsində ofis binasının fasadı zədələnib və pəncərələri sınıb. Binanın yaxınlığındakı dayanacaqda avtomobillər yanıb.


İlkin məlumatda dayanacaq ərazisində üç nəfərin meyitinin aşkarlandığı, daha yeddi nəfərin yaralandığı bildirilmişdi. Sonrakı məlumatlarda ölənlərin sayının dördə çatdığı qeyd olunur.


Hadisə yerində təcili yardım və digər operativ xidmətlər işləyir.